Müəllif - Aida İsaq, Banco.az
Kiyev kənd təsərrüfatına dəstək məqsədi ilə Dünya Bankından 132 milyon dollar kredit əldə edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatına özəl sərmayənin sürətləndirilməsi proqramının rəhbəri Sergey Marçenkon bildirib. Məlumata görə, müvafiq məbləğ Ukraynanın dövlət büdcəsinin ümumi fonduna daxil olub.
Nazirin sözlərinə görə, vəsaitlər Ukraynada qida sənayesində vəziyyəti yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək üçün istifadə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!