Dünya Bankı Ukrayna üçün əlavə 2,5 milyard dollar vəsait ayırıb | Banco.az

Dünya Bankı Ukrayna üçün əlavə 2,5 milyard dollar vəsait ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Ukrayna-Rusiya müharibəsinin birinci ilində Ukraynaya əlavə 2,5 milyard dollar qrant ayırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankı rəsmi bəyanat yayıb.

Bəyanatda  qeyd olunub ki, sözügedən 2,5 milyard dollarlıq qrantla Dünya Bankının əsas xidmətləri və dövlət funksiyalarının saxlanılması layihəsi çərçivəsində Ukrayna büdcəsinə birbaşa dəstək verəcək.

Həmçinin bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən verilən vəsait Dünya Bankı tərəfindən uyğun xərclər yoxlanıldıqdan sonra Ukrayna hökumətinə köçürüləcək.

Dünya Bankının prezidenti Devid Malpass qeyd edib ki, müharibə başlayandan bəri Dünya Bankı Ukraynaya dəstək üçün ümumilikdə 20,6 milyard dollar vəsait ayırıb ki, bunun 18,5 milyard dolları artıq ödənilib və 12 milyondan çox ukraynalıya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et