Dünya Bankı Türkiyəyə 600 milyon dollar maliyyə vəsaiti ayırıb | Banco.az

Dünya Bankı Türkiyəyə 600 milyon dollar maliyyə vəsaiti ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankından Türkiyəyə 600 milyon dollar maliyyə vəsaiti ayrılıb.

Banco.az xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün Türkiyə üçün 600 milyon dollar maliyyələşdirməni təsdiqləyib.

Maliyyələşmənin məqsədi Türkiyənin iqlim dəyişikli səbəbindən tezliyi və şiddəti artan sel və quraqlıqlara qarşı müqavimətini gücləndirmək və xalqını qorumaq səylərini dəstəkləməkdir.

Qeyd edilib ki, daşqın riski yüksək olan yeddi çay hövzəsində yaşayan 150 mindən çox insan layihənin daşqına qarşı mübarizə komponentindən birbaşa faydalanacaq. 10 min fermer isə su stresini daha yaxşı idarə etmək üçün real vaxt məlumatları da daxil olmaqla həyati əhəmiyyətli quraqlıq monitorinq məlumatları ilə təmin ediləcək.

Layihə ilə əlaqədar Dünya Bankının Türkiyə üzrə Direktoru Umberto Lopez qiymətləndirmə edib. Onun sözlərinə görə, Türkiyə iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyin vacibliyini getdikcə daha çox dərk edir. Dünya Bankı Türkiyənin öz əhalisini və iqtisadiyyatını qorumaq və 2053-cü ilə qədər karbon neytral olmaq məqsədinə nail olmaq üçün iqlimlə bağlı risklərə qarşı dayanıqlılıq yaratmaqla bağlı genişmiqyaslı səylərini dəstəkləməkdən məmnundur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram