Dünya Bankı Türkiyəyə 1 milyard 780 milyon dollar yardım edəcək | Banco.az

Dünya Bankı Türkiyəyə 1 milyard 780 milyon dollar yardım edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı zəlzələ səbəbindən Türkiyəyə 1 milyard 780 milyon dollar yardım edəcək.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankı rəsmi bəyanat yayıb.

Bəyanatında qeyd olunub ki, fəlakətin miqyasını qiymətləndirmək və bərpa və yenidənqurma işlərinə dəstək göstərmək məqsədilə prioritet sahələri müəyyən etmək üçün zərərin sürətli qiymətləndirilməsinə başlanılıb.

Vurğulanıb ki, Türkiyənin cənub-şərqində böyük insan itkisi, yaralanma və ciddi dağıntılara səbəb olan dağıdıcı zəlzələlərin ardından xilasetmə və bərpa işlərinə kömək məqsədilə 1,78 milyard dollar ayrılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Zəlzələlərdən zərər çəkmiş insanlara dəstək üçün isə 1 milyard dollarlıq resursun hazırlandığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et