Müəllif - Aida İsaq, Banco.az
Dünya Bankı cari ildə Türkiyə üçün artım gözləntilərini 2,7%-dən 3,2%-ə yüksəldib.
Banco.az xəbər verir ki, Dünya Bankının iyun ayında dərc etdiyi “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına görə, 2024-cü il üçün artım gözləntiləri 4,0%-dən 4,3%-ə yüksəlib. Tənzimləyici qurum 2025-ci il üçün artım gözləntisini 4,1% olaraq müəyyənləşdirib.
Bununla yanaşı, hesabatda yüksək inflyasiya fonunda makroiqtisadi siyasətin inkişafı qeyri-müəyyən olaraq qiymətləndirilib.
Qeyd edək ki, fevralın əvvəlində Türkiyədə baş verən zəlzələlərin birbaşa itkisini 2021-ci ilin ÜDM-nin 4 faizi kimi qiymətləndirən Dünya Bankı bərpa və yenidənqurma xərclərinin iki dəfə yüksək ola biləcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!