Dünya Bankı Salvadorun Bitkoin tələbini qəbul etmədi | Banco.az

Dünya Bankı Salvadorun Bitkoin tələbini qəbul etmədi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Cənubi Amerikada yerləşən Salvador bir neçə gün əvvəl Bitkoinin rəsmi valyuta kimi tanınmasınına dair qərar qəbul etmişdi. Bu qərarla Salvador kriptovalyuta növündən rəsmi valyuta kimi istifadə edən ilk ölkə olmuşdu. Daha sonra isə ölkə Dünya Bankına mövzu ilə bağlı köməklik üzrə istək göndərmişdi, ancaq bu istəyə mənfi cavab verilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Dünya Bankı Salvadorun Bitkoin tələbinə razılıq verməyib. Bankın Bitkoini rəsmi valyuta kimi mənimsəmə addımını dəstəkləməməsinə səbəb kimi isə Bitkoinin ətraf mühitə təsiri və mübadilə şəffaflığı ilə bağlı narahatlıqlar göstərilib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Cerri Rays də Bitkoinin rəsmi valyuta kimi qəbul edilməsinin olduqca diqqətli analiz edilməli maliyyə, hüquqi və makro-iqtisadi narahatlıqlara yol açdığını vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et