Dünya Bankı Rusiya üçün proqnozunu yaxşılaşdırıb | Banco.az

Dünya Bankı Rusiya üçün proqnozunu yaxşılaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankı Rusiyanın 2023-cü il üçün ÜDM dinamikası ilə bağlı proqnozunu -3,3%-dən -0,2%-ə qədər yaxşılaşdırıb. 

Banco.az xəbər verir ki, məlumata görə, proqnozun dəyişməsi 2022-ci ilin göstəricilərinin əvvəlki proqnozları üstələməsi və ölkədə neft və neft məhsullarının istehsalının gözləniləndən daha aşağı səviyyədə azalması ilə əlaqədar olub. 2022-ci ilin oktyabrında 2023-cü il üçün Rusiyada ÜDM-nin 3,6% azalacağı gözlənilirdi.

Qeyd edək ki, 2024 və 2025-ci illərdə ÜDM-nin artımı müvafiq olaraq 1,2% və 0,8% səviyyəsində proqnozlaşdırılır. 2024-cü il üçün proqnoz yanvar ayı ilə müqayisədə 0,4% azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram