Dünya Bankı quraqlıqla mübarizə üçün Zambiyaya 200 milyon dollardan çox vəsait ayırıb | Banco.az

Dünya Bankı quraqlıqla mübarizə üçün Zambiyaya 200 milyon dollardan çox vəsait ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az 

Dünya Bankı quraqlığın təsirləri ilə mübarizə üçün Zambiyaya 208 milyon dollar qrant ayırmağı təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Maliyyə Nazirliyi məlumat yayıb.

“Ayrılan vəsait həmçinin növbəti 12 ay ərzində quraqlıqdan zərər çəkmiş 84 ərazidə 1,6 milyon ailənin saxlanması üçün istifadə olunacaq”, – qurum bildirib.

Qeyd edək ki, ötən ay Zambiya hökumətinin tələbi ilə Beynəlxalq Valyuta Fondu ölkənin kredit xəttini 1,3 milyard dollardan 1,7 milyard dollara yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et