Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır | Banco.az

Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır

Dünya iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən yaranan böhrandan bərpası 5 il çəkə bilər.

Bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart (Carmen Reinhart) deyib.

"Karantinlə əlaqədar bütün məhdudlaşdırıcı tədbirlərin ləğvi fonunda olduqca sürətli bir sıçrayış olacaq, lakin tam bərpa 5 ilə qədər davam edəcək", - deyə iqtisadçı bildirib.

Eyni zamanda, K.Reynhart böhrandan sonra dünyada yoxsulluq səviyyəsi son 20 ildə ilk dəfə artacağını gözləyir.

İqtisadçının fikrincə, pandemiyanın yaratdığı böhran dünyadakı bərabərsizliyi artıracaq: "Əhalinin ən kasıb təbəqəsi zəngin ölkələrdə böhrandan daha çox əziyyət çəkəcək, kasıb ölkələr isə zəngin ölkələrə nisbətən daha çox zərər görəcək".

Qeyd edək ki, Dünya Bankı iyun ayında 2020-ci ildə dünya iqtisadiyyatını İkinci Dünya müharibəsindən bəri rekord səviyyədə azalacağını proqnozlaşdırıb – 5,2%. Halbuki hələ cari ilin yanvar ayında bank qlobal ÜDM-in 2,5% artacağını gözləyirdi. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et