Dünya Bankı qlobal iqtisadi artımla bağlı xəbərdarlıq edib | Banco.az

Dünya Bankı qlobal iqtisadi artımla bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı qlobal iqtisadi artımın 2030-cu ilə qədər ildə 2,2 faizə düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Dünya Bankının bazar ertəsi açıqladığı hesabatda deyilir ki, siyasətçilər işçi qüvvəsi təklifini, məhsuldarlığı və investisiyaları artırmaq üçün iddialı təşəbbüslər göstərməsələr, 2030-cu ilə qədər orta potensial qlobal iqtisadi artım ötən otuz ilin ən aşağı səviyyəsinə - 2,2 faizə düşəcək. Bu vəziyyətin dünya iqtisadiyyatı üçün “itirilmiş onillik”ə start verəcəyi qeyd edilib.

Hesabatda qeyd olunub ki, ümumi daxili məhsulun (ÜDM) potensial artımında gözlənilən geniş əsaslı yavaşlamanın aradan qaldırıla bilməməsi dünyanın iqlim dəyişikliyi ilə mübarizə və yoxsulluğun azaldılması qabiliyyətinə dərin təsir göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin vurğulanıb ki, Kovid-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, son bir neçə ildə baş verən böhranlar təxminən otuz illik davamlı iqtisadi artıma son qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et