Dünya Bankı qlobal artım proqnozunu yuxarı çəkib | Banco.az

Dünya Bankı qlobal artım proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı bu il qlobal iqtisadiyyat üçün artım proqnozunu 1,7 faizdən 2 faizə yüksəldib.

Banco.az xəbər verir ki, Dünya Bankının prezidenti David Malpass bankın yanvar ayında 1,7 faiz açıqladığı qlobal iqtisadi artım proqnozunu 2 faizə yüksəltdiyini açıqlayıb.

Malpass əlavə edib ki, 2022-ci ildə güclü artımdan sonra gözlənilən yavaşlama inkişaf etməkdə olan ölkələrdə borc problemlərini daha da gücləndirəcək.

O, Çinin koronavirusla bağlı məhdudiyyətlərdən sonra gözləniləndən daha sürətli bərpası sayəsində qlobal artım proqnozunun yüksəldildiyini və Çin iqtisadiyyatının bu il 5,1 faiz böyüməsinin gözlənildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Dünya Bankının prezidenti əlavə edib ki, ABŞ-ın daxil olduğu qabaqcıl iqtisadiyyatlar yanvar ayında gözləniləndən daha yaxşı nəticələr əldə ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et