Dünya Bankı: Pul köçürmələrindəki artım səngiyib | Banco.az

Dünya Bankı: Pul köçürmələrindəki artım səngiyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı 2021-2022-ci illərdəki güclü artımdan sonra aşağı və orta gəlirli ölkələrə istiqamətlənən pul köçürmələrindəki artımın ötən il yavaşladığını bildirib.

Banco.az xəbər verir ki, bank miqrasiya və inkişafla bağlı hesabatını “Pul köçürmələri 2023-cü ildə zəifləyib, 2024-cü ildə daha sürətli artacağı gözlənilir” başlığı ilə dərc edib.

Hesabatda deyilir ki, pul köçürmələri aşağı və orta gəlirli ölkələr üçün mühüm xarici maliyyə mənbəyi olmaqda davam edir.

Hesabatda pul köçürmələrindəki artımın 2021-2022-ci illərdəki güclü böyümə dövründən sonra ötən il yavaşladığı və valyuta axınınən 2023-cü ildə təxminən 656 milyard dollara çatdığı ifadə edilib.

Hesabatda həmçinin ötən il pul köçürmələrindəki 0,7 faizlik məhdud artımın regional artımdakı böyük fərqləri əks etdirdiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Aşağı və orta gəlirli ölkələrə göndərilən pul köçürmələrində artımın 2024-cü ildə daha da sürətlənəcəyi vurğulanan hesabatda bu il 2,3 faiz artım proqnozlaşdırıldığı qeyd olunub.

Hesabatda 2023-cü ildə regionlar üzrə göndərilən pul köçürmələrinin Latın Amerikası və Karib hövzəsi ölkələrində 7,7 faiz, Cənubi Asiyada 5,2 faiz, Şərqi Asiya və Sakit okean regionunda isə 4,8 faiz artdığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et