Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq | Banco.az

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Dünya Bankı Misirin büdcə kəsirinin aradan qaldırılmasına dəstək üçün Qahirəyə 700 milyon dollar ayrılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının press-relizində deyilir.

Maliyyə dəstəyinin məqsədi özəl sektorun inkişafının stimullaşdırılması, ümumi iqtisadi vəziyyətin gücləndirilməsi, büdcə kəsiri probleminin həlli və ekolojiyönümlü inkişaf modeli ilə bağlı islahatların həyata keçirilməsidir.

Qahirə, həmçinin Dünya Bankının bu ilin mart ayında qəbul etdiyi maliyyələşdirmə proqramı çərçivəsində yardım alıb. Layihə, eyni zamanda, növbəti üç il ərzində Misirə 6 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu vəsaitin bir hissəsi dövlət sektorunun inkişafına, digər hissəsi isə özəl sektora yönəldiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et