Müəllif:Ayşən İmanova/Banco.az
Dünya Bankı (DB) Livana 100 milyon dollar məbləğində yardım ayıra bilər.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" DB-nin əməliyyatlar üzrə idarəedici direktoru Anna Byerdeyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Livanın Dünya Bankına 1,65 milyard ABŞ dolları məbləğində borcu var, bunun 250 milyon dolları bərpa olunan enerji mənbələrinin inkişafının təşviqi üçün oktyabrda ayrılıb.
Qeyd olunur ki, əlavə vəsaitlərin gözlənilməz vəziyyətlər üçün nəzərdə tutulan ehtiyatlar hesabına ayrılması mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!