Dünya Bankı devalvasiyanın təsiri ilə bağlı Azərbaycana yardım göstərə bilər | Banco.az

Dünya Bankı devalvasiyanın təsiri ilə bağlı Azərbaycana yardım göstərə bilər

Azərbaycan milli valyutasının çevikliyinin təmin edilməsi son bir neçə ay ərzində manat üzərində intensivləşmiş təzyiqin yumşaldılması üçün atılan zəruri addımdır.

Banco.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının "üzən məzənnə" rejiminə keçidlə bağlı qərarını şərh edərkən Dünya Bankının Bakı ofisindən bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

DB-nin yerli nümayəndəliyindən bildirilib ki, Bank Azərbaycandakı cari vəziyyəti yaxından monitorinq edir: "Bankın komandası vəziyyəti və onun təsirlərini yaxından monitorinq edir. Azərbaycanın sıx tərəfdaşı kimi Dünya Bankı zərurət yaranarsa və müraciət olarsa, ölkə hökumətinə zəruri yardımı göstərməyə hazırdır".