Dünya Bankı Çin iqtisadiyyatının iki artım ssenarisini açıqlayıb | Banco.az

Dünya Bankı Çin iqtisadiyyatının iki artım ssenarisini açıqlayıb

Dünya Bankı (DB) yeni növ koronavirusun yayılmasının iqtisadi nəticələri fonunda Çinin ÜDM-inin artım proqnozunu “ilkin ssenaridə” 2,3%-ə və “ən pis” ssenaridə isə 0,1%-ə endirib.

Bu barədə DB-nin hesabatında bildirilib.

Bundan əlavə, DB-nin proqnozlarına görə, Şərqi Asiya və Sakit Okeanı regionunun inkişaf etməkdə olan ölkələrin ÜDM-inin artımı 2020-ci ildə “ilkin ssenaridə” 2,1%-ə, “ən pis” ssenaridə isə -0,5% -ə qədər azalacaq.

“Yeni növ koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin yayılması və maliyyə qeyri-sabitliyinin artmasından sonra 2020-ci ildə bölgədə artım perspektivləri kəskin pisləşib”, - DB ekspertləri bildirib.

Onların fikrincə, koronavirusun yayılması bölgədəki yoxsulluğun azaldılmasına da mənfi təsir göstərəcək. “Bölgədə baza ssenaridə pandemiyanın olmayacağı hal ilə müqayisədə 24 milyon az insan yoxsulluq səviyyəsindən çıxa biləcək”, - hesabatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 786 min nəfərə yaxındır, 38 minə yaxın adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et