2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı müvafiq olaraq 2,7 və 2,2 faiz təşkil edəcək.
Bu barədə Dünya Bankının yeni hesabatında deyilir.
Qeyd edək ki, bankın yanvar hesabatında bu proqnozlar müvafiq olaraq 3,1 və 2,7 faiz səviyyəsində idi.
Dünya Bankının proqnozunda qeyd olunur ki, Azərbaycanda ÜDM-in artımı 2024-cü ildə 2,3 faiz təşkil edəcək.
Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5,6 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.
"Dünya bazarlarında yüksək xammal qiymətləri və enerji ehtiyatlarının tədarükünə məhdudiyyətlər iqtisadi fəallığa təsir göstərəcək. Eyni zamanda Azərbaycanın neft sektoru hazırda tam gücü ilə işləyir", - Dünya Bankının hesabatında deyilir.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!