Dünya Bankı Azərbaycana yardım edəcək | Banco.az

Dünya Bankı Azərbaycana yardım edəcək

Dünya Bankı neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycana yeni iqtisadi modeli hazırlamaqda yardım etməyə hazırdır. 

Bunu bazar ertəsi bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən IV Vergi Forumunda deyib.

Onun sözlərinə görə, bu şəraitdə ölkə yeni proqramlar və iqtisadi model hazırlamalıdır: "Bu baxımdan Dünya Bankı Azərbaycana yardım etməyə hazırdır".

Ən sərfəli kredit üçün müraciət et

Nümayəndəliyin rəhbəri, həmçinin Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin artırılmasına diqqət çəkib: "Hazırda Azərbaycanda şirkətlərin yalnız 65 faizinin bank hesabı var ki, bu da problemdir".

Müqayisə üçün, digər ölkələrdə bu göstərici 85-88 faiz təşkil edir.

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməli olduğunu vurğulayan L.Leşenko təəssüflə bildirib ki, ölkədə ödəniş kartlarının istifadəsi geniş yayılmayıb.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et