Dünya Bankının (WB) 3-cü magistral avtomobil yolları üçün əlavə maliyyələşdirmənin hazırlanması missiyasının Azərbaycana səfəri başlayıb. Banco.az "Report"a istinadən xəbər verir ki, missiyaya Elizabet Vanq (Elizabeth Wang) rəhbərlik edir.
Missiyanın Bakı-Şamaxı yolunun tikintisinə əlavə vəsaitin ayrılması ilə əlaqədar danışıqlar aparmaq üçün Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC və başqa dövlət qurumları ilə görüşlər keçirəcəyi deyilir.
Qeyd edək ki, adıçəkilən missiya bu həftənin sonuna kimi Azərbaycanda olacaq.