Dünya Bankı Azərbaycana - 50 MİLYON DOLLAR AYIRIR | Banco.az

Dünya Bankı Azərbaycana - 50 MİLYON DOLLAR AYIRIR

Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır, bununla bağlı rəsmi danışıqlar fevralın sonunda aparıla bilər.

“DB ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana əlavə $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunadək baş tuta bilər”, - deyə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Vəsaitin elektron məhkəmə sisteminin inkişafına, müvafiq IT-avadanlıqlarının alınmasına yönəldilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

İnterfaks

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç