Dünya Bankı Azərbaycan üçün müəyyən etdiyi kredit limitini artıra bilər | Banco.az

Dünya Bankı Azərbaycan üçün müəyyən etdiyi kredit limitini artıra bilər

“Dünya Bankı Azərbaycana verdiyi borclar baxımından əsnəkliyə sahibdir”.

Bunu eksklüziv müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

S.Mayklın sözlərinə görə, Azərbaycanın müraciəti ilə rəsmi Bakının kredit limitində dəyişiklik edilə bilərlər:

“Açıq şəkildə görünür ki, mövcud situasiyada biz əlimizdən gələn qədər faydalı olmağa çalışırıq. Bir sözlə təqdim edə biləcəyimiz maliyyə dəstəyinin maksimal həddi yoxdur. Onu deyə bilərəm ki, Azərbaycanın müraciət edəcəyi təqdirdə ölkəniz üçün ayıra biləcəyimiz çox böyük maliyyə imkanlarımız var”.

Dünya Bankı rəsmisi azad edilmiş ərazilərdə nəqliyyat, təhsil, səhiyyə sahələrinin, KOB-ların inkişafı üçün Azərbaycana dəstək verməyə hazır olduqlarını da qeyd edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Dünya Bankının Azərbaycan üçün təsdiqlədiyi “Ölkə Tərəfdaşlıq Strategiyası”nda kredit limiti illik 500 mln ABŞ dolları təşkil edir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et