Dünya Bankı Azərbaycan iqtisadiyyatının sürətlənəcəyini gözləyir | Banco.az

Dünya Bankı Azərbaycan iqtisadiyyatının sürətlənəcəyini gözləyir

Dünya Bankı 2019-cu ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 3,3% səviyyəsində saxlayıb.

Bu barədə bankın “Dünya iqtiosadiyyatının inkişaf perspektivləri” adlı iyun ayının hesabatında deyilir.

DB Azərbaycanda ÜDM-in artım templərinin 2020-ci ildə 3,5%-dək, 2021-ci ildə 3,7%-dək sürətlənməsini gözləyir. 

“Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda ən güclü olaraq qalır. Yaxın illərdə ölkənin iqtisadi artımı yeni qaz kəmərinin istifadəyə verlməsi ilə (Avropaya qaz tədarqükü üçün TAP-ın ) sütrətlənəcək”, - bank qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, DB vurğulayır ki, yaxın illərdə Azərbaycanın maliyyə sektorunda kreditləşmənin artımı zəif olaraq qalacaq.

Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8%, 2021-ci ildə isə 3,6% artacağını gözləyir.

2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,4%, orta illik inflyasiya – 2,3% təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et