Dünya Bankı: Azərbaycan əhalisi elektrik enerjisi ilə 100% təmin edilir | Banco.az

Dünya Bankı: Azərbaycan əhalisi elektrik enerjisi ilə 100% təmin edilir

“Azərbaycan əhalisinin elektrik enerjisi ilə təminatı 100%-dir”.

Bu barədə Dünya Bankı Qrupunun (WB) hazırladığı “Global Tracking Framework 2017” hesabatında deyilir.

Hesabata əsasən, bu baxımdan ən acınacaqlı durum Papua və Yeni Qvineya (20%), Şimali Koreya (32%), Vanuatu (34%) və Solomon adalarında (35%) müşahidə olunur.

WB Azərbaycan əhalisinin 97%-nin təmiz yanacaq və müasir bişirmə texnologiyasına çatımlılığı olduğunu açıqlayıb. Bu rəqəm Gürcüstanda 55%-ə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Dünya Bankı 2014-cü ildən bəri Azərbaycanın ümumi enerji istehlakında alternativ enerjinin cəmi 2%-ə bərabər olduğunu da açıqlayıb.

Qeyd edək ki, hesabat 2014-cü il və sonrakı illəri əhatə edir.

Mənbə: Report.az