Dünya Bankı 400 mln.dollar kredit verəcək | Banco.az

Dünya Bankı 400 mln.dollar kredit verəcək

Dekabrın 20-də Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayırılması məsələsinə baxmaq üçün toplanacaq. “Report”un əldə etdiyi məlumata görə, ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.

Məlumatda deyilir ki, borcu Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qafqaz Boru Kəməri” QSC alacaq.

Xatırladaq ki, Cənub Qaz Kəməri layihəsinin bir hissəsi olan TANAP-da SOCAR58%, BP 12%, BOTAŞ isə 30% paya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az