Dünya Bankı 2017-ci il üçün neft proqnozunu dəyişib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya Bankı 2017-ci il üçün neft proqnozunu dəyişib

Dünya Bankı (DB) xam neft qiymətlərinin 2017-ci il üçün proqnozunu OPEC-in hasilatı azaltmağa hazırlaşması səbəbi ilə 53 dollardan 55 dollar/barelə qədər artırıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin "Xammal bazarlarının monitorinq Hesabatı"nda qeyd olunub. Rübdə bir dəfə hazırlanan hesabatda xammal qiymətlərinin 2017-ci ildə tələbin artması və təklifin azalması ilə bir qədər yüksələcəyi ehtimalı qeyd olunur.

Sənəddə xam neft, təbii qaz və kömür qiymətlərinin 2017-ci ildə 25% arta biləcəyi vurğulanıb. Hesabatı hazırlayan DB-nin iqtisadçılarından biri olan Con Baffes (John Baffes) bildirib ki, gələn il enerji daşıyıcılarının qiymətində önəmli artım proqnozlaşdırılır: "Lakin OPEC-in Vyana sammitində əldə olunacaq razılaşmanın detalları müəyyən edilənə qədər təmkinli olmağa davam edirik".

Hesabatda metal qiymətlərinin 2017-ci ildə orta hesabla 4,1% artacağı, qızılın isə ABŞ-da uçot dərəcəsinin artması nəticəsində ucuzlaşacağı gözlənilir. Qızılın qiymətinin bu il 1 250 dollar/unsiya, 2017-ci ildə isə 1 219 dollar/unsiya olacağı proqnozlaşdırılır. Tarla məhsullarının gələn il orta hesabla 1,4% bahalaşacağı, ən çox artımın isə taxılda (2,9%) olacağı qeyd olunur.

Mənbə: Report.az