Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib | Banco.az

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

Dünya Bankı koronavirusla mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə təcili maliyyə dəstəyi verib.

Bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, maliyyə dəstəyi bu ilin mart ayından bəri ölkələrin iqtisadi artımını təmin etmək, səhiyyə sistemlərini gücləndirmək, özəl sektorunu qorumaq məqsədi ilə göstərilib. 

“Koronavirus təkcə inkişaf etmiş ölkələrdə 60 milyona yaxın insanı həddindən artıq yoxsulluq səviyyəsinə endirə bilər. Dünya Bankı Qrupu və digər donorlar 100 ölkədə maliyyə əməliyyatlarını təmin etmək üçün sürətli və qətiyyətli bir şəkildə hərəkət etdi” - Dünya Bankının prezidenti David Malpass bildirib.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et