Dünya avtomobil bazarında satışların artma səbəbi açıqlandı | Banco.az

Dünya avtomobil bazarında satışların artma səbəbi açıqlandı

"TrendForce" analitik şirkətinin məlumatına görə, bu il "yeni enerji" əsasında işləyən avtomobillərinin satışları 19,8% artıb. Növbəti il bu göstəricinin daha da artacağı ehtimal olunur. Mütəxəssislərin fikrincə, dünya ölkələrində tətbiq olunan subsidiyalar xüsusilə batareyalı elektromobil və hibrid avtomobillərinin daxil olduğu "yeni enerji" ilə işləyən nəqliyyat vasitələrinin bazarına müsbət təsir göstərib. Bu, artımın avtomobil bazarında baş verən ciddi bir tənəzzülun fonunda reallaşdığı qeyd olunur. TrendForce-nin məlumatına görə, 2020-ci ildə "yeni enerji" ilə işləyən nəqliyyat vasitələrinin satışları 2019-cu illə müqayisədə 19,8% artaraq, 2,4 milyon ədədə çatıb.

Çin, Almaniya, İngiltərə və Fransa kimi ölkələr, daxili iqtisadiyyatlarını stimullaşdırmaq ümidi ilə elektrikli vasitələrin alınması üçün subsidiyalar təqdim ediblər. 

Bu kimi ölkələr əvvəllər belə dotasiyalardan imtina edirdi. Regional bazarlar arasında ən böyük tədbir Avropada görülür. Xüsusilə, Almaniya, İngiltərə və Fransanın bu il toplu olaraq 630 min "yeni enerji" ilə işləyən avtomobil satacağı proqnozlaşdırılır ki, bu da ötən ilə nisbətən 163% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün bildirək ki, Çində 6% artım olacağı ehtimal edilir. Sözügedən ölkədə yeni təşviqlərin və emissiya məhdudiyyətlərinin tətbiqi "yeni enerji" avtomobilləri satışlarını gələn il dünya ortalamasını ötməsinə səbəb olacağı gözlənilir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et