Dünəni, Bugünü, Sabahı: FinTech (Maliyyə Texnologiyaları) nədir? | Banco.az

Dünəni, Bugünü, Sabahı: FinTech (Maliyyə Texnologiyaları) nədir?

Maliyyə və texnologiya sözlərinin birləşməsindən yaranan və “Financial Technologies”in qısaltması olan FinTech son illərin ən trend terminlərindən biridir. FinTech sadə şəkildə desək, texnologiyanın maliyyə sektoruna inteqrasiya olunması ilə maliyyə xidmətlərinin daha rahat, daha təhlükəsiz və daha sürətli həyata keçirilməsinə imkan verən bir innovasiyadır.

Bəs, FinTech necə ortaya çıxdı? Bugün hansı vəziyyətdədir? Sabah ondan necə bəhs edəcəyik?

1) FinTech nə vaxt və necə ortaya çıxdı?

Bəzi mənbələr tərəfindən FinTech-in ortaya çıxması ili kimi 2015-ci il olaraq göstərilsə də, FinTech-in 21-ci əsrdə ortaya çıxdığını söyləmək daha doğrudur. Ənənəvi bankçılıqda borcalma və borcvermə kimi ən sadə maliyyə əməliyyatları belə çox yavaş həyata keçirilir və uzun müddət tələb edir. Digər tərəfdən, FinTech sayəsində bu sadə əməliyyatlar daha sürətli həyata keçirilir.

2) FinTech və bankçılıq arasındakı hansı əlaqə var?

FinTech ənənəvi bankçılıq əməliyyatlarından üstün bir anlayışdır. Bunun ən bariz nümunəsi kimi, istehlakçıların bank filiallarında daha çox vaxt və zəhmət çəkmədən edə biləcəkləri bütün əməliyyatları FinTech ilə saniyələr ərzində əllərindəki cihazlardan edə bilməkləridir. Əvvəllər hesab açmaq üçün banka gedib imza atmağınız lazım idisə, indi bütün bu əməliyyatları internet üzərindən saniyələr içərisində edilir.

Ən sərfəli kredit üçün müraciət et

3) FinTech hansı texnologiyalarla dəstəklənir və ekosisteminə nələr daxildir?

Maşın öyrənməsi (Machine Learning), davranış analizi və data mərkəzli marketinq kimi yeni texnologiyalar maliyyə sektorunda vacib rol oynamağa başlayıb. Bu texnologiyaların ətrafındakı FinTech ekosistemini 4 fərqli qrup əmələ gətirir:

  • Banklar və B2B
  • Müştərilər
  • Kiçik sahibkarlar və B2C
  • İstehlakçılar

4) FinTech bir biznes kimi

FinTech mələk investorların (angel investors) da maraq dairəsinə daxil olub.

Ötən il dünyada FinTech sektoruna 22.5 milyard dollar investisiya edildi.

Qeyd edək ki, son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et