Dubayı ziyarət edən əcnəbi turistlər artır | Banco.az

Dubayı ziyarət edən əcnəbi turistlər artır

Cari ilin ilk yeddi ayı ərzində Dubay Əmirliyini ziyarət edən əcnəbi turistlərin sayında artım müəyyən olunub.

Əmirliyin Turizm və Ticarət Marketinqi Departamentinin məlumatına görə 2019-cu ilin yanvar ayından iyuladək Dubayı 9,58 milyon əcnəbi turist ziyarət edib. Bu göstərici ötən ilin analoji dövründə 9,25 milyon təşkil edib.

 

Qeyd olunur ki, Dubaya daha çox turist Hindistandan (1,23 milyon nəfər), Səudiyyə Ərəbistanından (924 min) və Böyük Britaniyadan (667 min) gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, mehmanxana nömrələrinin ümumi sayı 2018-ci ilin sonunadək 111332 təşkil edib. Cari ilin iyul ayının sonunadək isə onların sayı 6,18 faiz artaraq, 118209-a çatıb. Bu ilin yanvar-iyul ayları dövründə mehmanxana nömrələrinin orta doldurulma dərəcəsi 74 faiz təşkil edib, halbuki, mehmanxana nömrəsinin orta qiyməti 442 dirhəmə (120 ABŞ dolları) bərabərdir.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et