Müəllif - Aida İsaq, Banco.az
Dubay ötən il yeni bizneslərə birbaşa xarici investisiyalar yatırmaq baxımından qlobal sferada lider olub.
Banco.az xəbər verir ki, bu barədə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd Əl Məktum bildirib. Onun sözlərinə görə, əmirlik artıq ikinci il yeni müəssisələrə birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından dünya üzrə birinciliyini qoruyub. Ümumilikdə il ərzində 89,5% və ya 47 milyard dirhəm həcmində artım qeydə alınıb.
Bundan başqa bildirilir ki, Dubayda yeni layihələrin ən böyük investorları ABŞ, Böyük Britaniya, Hindistan, Fransa və İsveçrə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!