Dubay Hava Limanında işlər iqtisadi böhran səbəbindən dayandırılıb | Banco.az

Dubay Hava Limanında işlər iqtisadi böhran səbəbindən dayandırılıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) illik 250 milyondan artıq sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından biri kimi dizayn edilmiş Dubaydakı "El-Mektum" Beynəlxalq Hava Limanındakı genişləndirmə işləri, Körfəz Ərəb ölkələrindəki iqtisadi problemlər səbəbindən dayandırılıb.

Dubaydakı "El-Mektum" Beynəlxalq Hava Limanındakı genişləndirmə işləri, Körfəz bölgəsindəki iqtisadi durğunluq səbəbindən dayandırılıb.

BƏƏ-nin Emirates Hava Yolları üçün 36 milyard dollarlıq nəhəng mərkəz olması planlaşdırılan hava limanının ilk mərhələsinin başa çatdırılması üçün nəzərdə tutulan müddət 5 il təxirə salınıb.

Dubay Hava Limanları müdriyyətindən bildiriblər ki, uzunmüddətli planların nəzərdən keçirildiyi və detalların hələ müəyyənləşdirilmədiyi bildirilib.

Regional gərginliklər və aşağı neft qiymətləri səbəbilə Dubay iqtisadiyyatı keçən il 1,9% ilə qlobal tənəzzülün yaşandığı 2009-dan bu yana ən aşağı artım sürətinə çatmışdı. Turizm sektoru 2017-ci ildən bəri sakitliyini davam etdirir. Bununla yanaşı, Emirates Hava Yollarının da Airbus-dan alacağı A-380 təyyarələrin sifarişlərini nəzərdən keçirmək qərarı verdiyi bildirilir.

Marja