DSMF sığorta olunanlara fərdi şəxsi hesab açıb | Banco.az

DSMF sığorta olunanlara fərdi şəxsi hesab açıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib.

Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59 faiz artıb. Bunu Banco DSMF-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 822 524 nəfər) kişi, 40,9 faizi (1 260 881 nəfər) isə qadındır.

Ən sərfəli kredit üçün müraciət et

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78 faizini (764 090 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,70 faizini (668 994 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,72 faizini (638 818 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizini (652 017 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,66 faizini (359 486 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.