DSMF-nin gəlirlərində böyük artım | Banco.az

DSMF-nin gəlirlərində böyük artım

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Marja"ya verilən məlumata görə, cari ilin yanvar-mart aylarında fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 milyon manat) artaraq 1 milyard 276,8 milyon manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 milyon manat) artaraq, 573,5 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyri-büdcə sektoru üzrə daxilolmalar artıb. Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 milyon manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 42,6 milyon manat çoxdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et