2015-ci ilin iyunun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3% artıb.
Banco-nun APA-ya istinadən verdiyi məlumata görə, may ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 24 393 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75%-i (21 649 nəfər) kişilər, 11,25%-i (2 744 nəfər) isə qadınlar təşkil edir.