DSMF-də Dünya Bankının ekspertləri ilə görüş olub | Banco.az

DSMF-də Dünya Bankının ekspertləri ilə görüş olub

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının (DB) ekspertləri arasında görüş keçirilib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan ]verilən məlumata görə, görüş zamanı fondun əsas fəaliyyət istiqamətləri, büdcə-proqnozlaşdırma işinin təşkili, qurumun büdcəsinin hazırlanması və təsdiq edilməsi prosesi, gəlir və xərclərinin mənbələri və istiqamətləri, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlı olan əsas parametrlər, sığortaedənlərin uçotu qaydaları, məcburi dövlət sosial sığorta haqlarının toplanması və bu sahəyə nəzarət işinin təşkili və aparılması məsələləri müzakirə olunub.

Bundan əlavə, Bankın ekspertlərinin aidiyyəti sualları cavablandırılarkən, ölkədə məcburi dövlət sosial sığorta və pensiya təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri, bir müddət əvvəl BMT-nin İnkişaf Proqramı, DB və Avropa Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aparılması, sığortaolunanlar üçün sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alması və s. məsələlər barədə məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et