DSMF bank seçiminə dair tender elan edib | Banco.az

DSMF bank seçiminə dair tender elan edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək haqqı və pensiyaların, sosial müavinət və yardımların, təqaüd və kompensasiyaların kartla, habelə digər alət və üsullarla nağdsız ödənilməsi üçün bank seçiminə dair dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

Tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 19-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 29-u, saat 15:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy Zərdabi küçəsi, 80 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 530-29-03.

Təkliflərə iyulun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et