Dress-kod vacibdirmi? | Banco.az

Dress-kod vacibdirmi?

Hamı dress-kod nə demək olduğunu bilir və sualları yaranır. Bu dress-kod nədir, niyə belədir?

Dress-kod bizim şirkətə nə üçün lazımdır? Lazımdırsa niyə məhz bu formada?

Mən nə etməliyəm? Mən bir şey geyinmək istəyirəm amma şirkət məni başqa cür görmək istəyir.

Bir çox psixoloqların təsdiqinə əsasən yeni tanış haqqında ilk təəssürat elə tanışlığın ilk bir neçə dəqiqəsində yaranır.

Hətta bir çox halda sadəcə bir baxış kifayət edir ki yanımızdan ötüb keçən insan haqqında fikir formalaşdıraq.

Elə buna görədir ki, bulunduğumuz, olduğumuz yerə və vəziyyətə uyğun olmağımız çox vacibdir.

Razılaşın ki, başqa banka gedib orda əgər görsək ki, oranın işçiləri "kim nə istəyir geyinir, məsələn parlaq rəngli dəniz köynəklərində və ya çəkələk dediyimiz ayaqqabılarda" – çətin ki siz öz pullarınızı o banka qoyardınız.

Məsələn biz işdə TOP rəhbərliyi idman ayaqqabısında və ya qolları sallanan sviterdə görə bilmərik, hansı ki, proqramistlər (İT Dep) üçün bu adı gündəlik iş paltarıdır.

Təbii olaraq rəhbərlik özü müəyyən edir ki, şirkətə dress-kod müəyyən etsin və ya geyim şərtlərindən yan keçsin. Bununla belə bu tip qaydanın (Dress-kod) müsbət cəhətləri açıq aydın bəllidir.

Müəyyən edilmiş geyim forması – KORPORATİV MƏDƏNİYYƏTİN DAVAMI və ŞİRKƏTDƏ İŞLƏRİN YAXŞI OLMASINI NÜMAYIŞ ETDİRMƏK YOLUDUR.

Ən sərfəli kredit üçün müraciət et

Həm də - MÜŞTƏRİ VƏ TƏRƏFDAŞLARA OLAN HÖRMƏTDİR. Hansılar ki, lazımsız detallara diqqət etməyərək tam işə fokuslanırlar.

Müəyyən olunmuş geyim növü işçiləri  nizam intizama dəvət edir, iş prosesini tənzimləyir, kollektivdə BİR KOMANDA RUHU, HİSSİ yaradır.

Daha bir suala cavab verərək mətni bitirək. Dress-kodun eynilik xüsusiyyəti? "Nə üçün mən hamı kimi olmalıyam, hansı ki, mən – şəxsiyyətəm və fərqlənmək istəyirəm.

İnsan qrupu o vaxt eyni geyinir ki, BİRLİK və YEK OLDUQLARINI, MARAQLARININ, MƏQSƏDLƏRİNİN və FİKİRLƏRİNİN BİR OLDUĞUNU GÖSTƏRMƏK VURĞULAMAQ İSTƏYİRLƏR.Bu fikrə ən yaxşı nümunə ordudur. Hələ Makedoniyalı İskəndər ordunun eyni geyinməsi ordunun döyüş ruhunu qat qat artırır.

Əgər sizin şirkətdə dress-kod qəbul edilibsə, bu o deməkdir ki, şirkət və ya şirkət rəhbərliyi istəmir ki, bu təsadüfi insanların təsadüfən bir yerdə olduğu OBRAZ formalaşsın.

Şirkət istəyir ki, bizim və müştərilərimizin fikirlərində, görüşlərində TAM, BİRLİK OLMUŞ, KOMANDA RUHLU, OBRAZ formalaşsın.

Şirkət nə qədər çox BRENDin bazarda inkişafına diqqət yönəldirsə, bir o qədər tək geyim formasının olmasına diqqət edir. McDonalds-la sadə xüsusi bir restoranı müqayisə edin.     

Müəllif: Anar Əliyev 

Ən sərfəli krediti almaq üçün müraciət et