Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Cari ilin noyabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.
Banco.az bu barədə AMB-ə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26.6 faiz təşkil edib.
Həmçinin, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!