2019-cu ilin iyul ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 121 min ədəd artaraq 7 milyon 132 min ədəd olub. Mərkəzi Bankın məlumatına əsasən, bunun tərkibinə daxil olan əməkhaqqı, sosial və digər kartların sayında iyun ayına nisbətən artım qeydə alınıb. Əgər iyunda əməkhaqqı kartlarının sayı 2 milyon 146 min olmuşdusa, iyulda bu göstərici 2 milyon 157 minə çatıb. Sosial kartların sayı iyundakı 2 milyon 604 mindən 2 milyon 654 minə, digər kartların sayı isə 79 min ədəd artaraq 1 milyon 542 minə qalxıb. Kredit kartlarının sayında isə iyul ayında azalma müşahidə edilib. Əgər iyun ayında vətəndaşlar 797 min ədəd kredit kartı istifadə edibsə, iyulda bu göstərici 779 min ədədə enib.
Vergiler.az