Dövriyyədə olan ödəniş kartların sayı nə qədər artıb? | Banco.az

Dövriyyədə olan ödəniş kartların sayı nə qədər artıb?

Banco.az Mərkəzi Banka istinad edərək bildirir ki, ölkədə  dövriyyədə olan debet və kredit kartlarının sayı artaraq  5866 minə çatıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə  535 min, yəni  10, 03% daha çoxdur.

Ötən dövr ərzində sosial kartların sayı 115 min (4,73%), əməkhaqqı kartlarının sayı 13 min (0,93%), kredit kartlarının sayı isə  461 min (64,02%) artmışdır.  Digər kart növlərinin sayında isə 54 min (6,80%) azalma qeydə alınmışdır.

​ 

Ən sərfəli kredit üçün müraciət et

Kartlar ilə həyata keçirilən əməliyyatların sayı  6351 minə, əməliyyatların həcmi 950 milyon manata çatmışdır.

Qeyd edək ki, əməliyyatların həcmində ötən ay ilə müqayisədə azalma qeydə alınmışdır. Belə ki, ötən ay müvafiq rəqəmlər 6894 min və 1090 milyon manat olmuşdur.

Buna rəğmə ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 10% (605 min), əməliyyatların həcmi isə 12% ( 105 milyon) artmışdır.