"Dövriyyədə olan kredit kartlarının sayı 32% artıb" - AMB | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Dövriyyədə olan kredit kartlarının sayı 32% artıb" - AMB

Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı ilin əvvəlindən 200 min və ya 32% artaraq 2018-ci il avqustun 1-nə 823 minə çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatında bildirilib.

Hesabata əsasən, aylıq müqayisədə cəmi 3,0%, illik müqayisədə isə 45,2% artım qeydə alınıb. 2018-ci il avqsutun 1-nə əsasən, ölkədə 6 174 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 521 min və ya 40,8%-ni sosial, 1 908 min və ya 30,9%-ni əməkhaqqı kartları əhatə edib.

Qeyd edək ki, 2010-cu ildən etibarən kredit kartlarının sayında ən yüksək göstərici 1 302 min olmaqla 2014-cü ildə qeydə alınıb. 

Report.az