Dövlət Neft Fondu Bank VTB-nin səhmlərinin 3 faizini əldə edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dövlət Neft Fondu Bank VTB-nin səhmlərinin 3 faizini əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Bank VTB-nin (Rusiya) səhmlərinin 2,95 faizini əldə edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumaat görə, 500 milyon dollar məbləğində sövdələşmə səhmlərin ikinci yerləşdirilməsi çərçivəsində baş tutub.

Bank tərəfindən ümumilikdə 102,5 milyard rus rublu məbləğində 2,5 trilyon səhm yerləşdirilib.

ARDNF-dən başqa, "Norges Bank Investment Management" (4,28 faiz), "Qatar Holding LLC" ("Credit Suisse AG" vasitəsilə) (2,95 faiz) və "Onexim Holdings Limited" (2,43 faiz) VTB-nin səhmdarları olub.

Trend