Dövlətimizin borcu 16 milyardı aşdı - 414 MİLYONLUQ ARTIM | Banco.az

Dövlətimizin borcu 16 milyardı aşdı - 414 MİLYONLUQ ARTIM

01 aprel 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 642.9 milyon ABŞ dolları (16 milyard 392.9 milyon manat) təşkil edib. Bu məbləğ, 01 Yanvar 2018-ci il tarixi ilə müqayisədə dollar ilə ifadədə 244,6 milyon dollar, Manat ilə ifadədə isə 414,8 milyon manat çoxdur. 

Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.0 faiz (2018-ci il üçün hesablanmış 74 milyard 646.90 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları (15 milyard 978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 22.8 faiz (2017-ci il üçün hesablanmış 70 milyard 135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdi. 

Marja.az