Dövlətimizin başçısı "VTB-Bank"ın prezidenti ilə görüşüb | Banco.az

Dövlətimizin başçısı "VTB-Bank"ın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "VTB-Bank" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Ən sərfəli krediti almaq üçün müraciət et