Dövlət Xidməti sahibkarlara xəbərdarlıq edib | Banco.az

Dövlət Xidməti sahibkarlara xəbərdarlıq edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara xəbərdarlıq edib.

Dövlət Xidməti bəyan edib ki, sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının və mənşə sertifikatının verilməsi xidmətləri təklif edir: "Bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır, həmin şəxslərin xidmətlərindən istifadə etməməyi tövsiyə edir, bu cür aktlarla rastlaşan sahibkarlardan bizə məlumat verməyi xahiş edirik. Mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız Dövlət Xidmətinin səlahiyyətindədir. Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) linkə keçid edərək ala bilərlər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etməlidirlərr. Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları Mərkəzin internet səhifəsindən (https://accreditation.gov.az/az/database/certification-organization) əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et