Dövlət xətti ilə ipoteka verən banklar | Banco.az

Dövlət xətti ilə ipoteka verən banklar

Vətəndaşlar, xüsusilə yeni ailə quranlar ev almaq üçün Dövlət İpoteka Fonduna müraciət edirlər. İpoteka kreditinin alınması olduqca uzun və yorucu prosesdir. Həmçinin sənədlərin toplanması və uzunmüddətli növbələr sizə dəhşətli görünə bilər. Lakin istənilən halda əgər bu çətinliyin sonunda sizi isti ev, doğma mühit  gözləyirsə onda zəhmətə qatlanmağa dəyər.

Bildiyiniz kimi iki növ ipoteka kreditləri vardır: 1. Azərbaycan Dövlət İpoteka Fondu hesabına verilən kredit. 2. Bankdaxili ipoteka krediti.

Dövlət İpotekasının şərtləri ilə tanış ola bilərsiniz:

Şərtlər

Adi ipoteka kreditləri

Güzəştli ipoteka kreditləri

Maksimal  məbləğ

50 000 AZN

50 000 AZN

Maksimal illik faiz dərəcəsi

8%

4%

Maksimal müddət

25 il

30 il

İlkin ödəniş

20%

15%

Son dövrlər bəzi banklar özləri daxili ipoteka krediti verməkdən imtina edirlər. Aşağıdakı cədvəldən də görmək olar ki, əksər banklar dövlət xətti ilə ipoteka verməkdə daha maraqlıdırlar.

Hazırda İpoteka fondu hesabına ipoteka kreditləşməsi aktiv olan banklar ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Bankların Adı

Dövlət xətti ilə ipoteka verilməsi

Ata Bank

bəli

Bank Technique

Mart ayından veriləcək

Unibank

bəli

Bank of Baku

bəli

CDB

bəli

Bank Respublika

bəli

Xalq Bank

bəli

Pasha Bank

xeyr

Turan Bank

bəli

SW Bank

xeyr

NBC Bank

bəli

Bank Standart

bəli

Dəmir Bank

bəli

Bank Avrasiya

Mart ayından aktivləşəcək

Azərbaycan Beynəlxalq Bankı

xeyr

AFB Bank

bəli

Amrah Bank

xeyr

Express Bank

bəli

AG Bank

bəli

Kapital Bank

bəli

Kredo Bank

xeyr

Nikoil Bank

bəli

Yapı Kredi Bank Azərbaycan

bəli

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et