Dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb | Banco.az

Dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 57,7 milyon manat ipoteka krediti verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,6 dəfə artaraq 40,2 milyon manata yüksəlib, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə vəsait cəlb olunmayıb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 17,8 milyon manat olub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et