Dövlət xətti ilə 143 milyon manata yaxın ipoteka krediti verilib | Banco.az

Dövlət xətti ilə 143 milyon manata yaxın ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 142,8 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (182,1 milyon manat) müqayisədə 39,3 milyon manat və ya 21,6% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 87,1 milyon manat (illik müqayisədə 4,1% az)  olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram