Dövlət Vergi Xidməti sahibkarların iştirakı ilə forum keçirəcək | Banco.az

Dövlət Vergi Xidməti sahibkarların iştirakı ilə forum keçirəcək

Fevralın 25-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda forum keçirəcək.

Bu barədə quruma istinadən xəbər verilir.

"Sahibkarlıq subyektlərindən forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur", - deyə Dövlət Vergi Xidməti bəyan edib.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram