"Dövlət torpaqlarının icarə tarifləri aşağı salına bilər" | Banco.az

"Dövlət torpaqlarının icarə tarifləri aşağı salına bilər"

Dövlət torpaqlarının icarəsi ilə bağlı tariflər aşağı salına bilər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

    O bildirib ki, xidmət bazanın daha da genişlənməsi, daha çox sahibkarın icarəyə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir. "Bunu nəzərə alaraq dövlət torpaqlarının icarəsi ilə bağlı tariflərin 1,5-2 dəfəyə qədər aşağı salınmasına çalışırıq. Məsələ ilə bağlı təkliflərlə çıxış etmişik, hazırda məsələ hökumətlə razılaşdırılır" - Mətin Eynullayev əlavə edib.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram